Türkiyə istehsal etdiyi raketlərlə müdafiə sənayesini gücləndirir

Türkiyə istehsal etdiyi raketlərlə müdafiə sənayesini gücləndirir

Bakı. TurkicWorld:

Türkiyə istehsal etdiyi raketlərlə müdafiə sənayesini gücləndirir.

TurkicWorld xəbər verir ki, Türkiyənin istehsal etdiyi ballistik raketlərlə minlərlə uzaqda olan hərbi elementlər artıq asan hədəfə çevrilib. Bu kontekstdə Türkiyə 7 ayda silah texnologiyası üzrə super-güclər arasında yer almağa yaxınlaşıb.

2023-cü ilin may ayında Türkiyə 554,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 67,8 faiz çoxdur.

Bu ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq 2 milyard dollara bərabər olub.

Son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 4,7 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.