Türkiyədə istifadə edilən peyvəndlərin 90 faizə yaxını yerli olacaq - Fahrettin Koca

Türkiyədə istifadə edilən peyvəndlərin 90 faizə yaxını yerli olacaq - Fahrettin Koca

Bakı, TurkicWorld:

Türkiyədə istifadə edilən peyvəndlərin 86 faizi yerli olacaq, TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Türkiyə Əsri üçün səhiyyə sahəsində hədəflərimizdən biri də şəhər xəstəxanalarının sayının artırılmasıdır. Artıq böyük şəhərlərin əksəriyyətində şəhər xəstəxanaları xidmət göstərməyə başlayıb. Əsas məqsəd Türkiyənin 30 böyük şəhərin hər birində şəhər xəstəxanalarının olmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, F.Koca bundan öncə Türkiyənin İstanbul şəhərində SMA-nın müalicəsi üçün xəstəxana tikiləcəyini bildirib. SMA müalicəsi üçün tikiləcək xəstəxanada hüceyrə və gen terapiyası tətbiq ediləcək, həmçinin, eyni kampusda hüceyrə və gen terapiyasında istifadə olunan dərmanların istehsalı üçün ayrı bina olacaq.

Ləman Əsədli
Lamanasadli01