Türkiyənin xarici işlər naziri Ukraynaya səfərə dəvət edilib

Türkiyənin xarici işlər naziri Ukraynaya səfərə dəvət edilib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

"Bu gün xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Söhbət zamanı həmkarı nazir Hakan Fidanı yeni təyinatı münasibətilə təbrik edib və Ukraynaya səfərə dəvət edib. Ukraynada baş verən cari hadisələr də müzakirə olunub", - Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.