Türkiyədə mebel fabrikində güclü yanğın baş verib

Türkiyədə mebel fabrikində güclü yanğın baş verib

Bakı, TurkicWorld:

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən mebel fabrikində naməlum səbəbdən yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən, təcili tibbi yardım maşınları və polis cəlb edilib, fabrikin işçiləri təxliyyə edilib.

İlkin məlumata əsasən, küləkli hava şəraiti nəticəsində yanğın fabrikin böyük hissəsinə yayılıb və işçilərin bəziləri dumandan təsirlənib.

Bundan əlavə, yanğınsöndürənlər yanğını söndürməyə davam edir.

Ləman Əsədli
Lamanasadli01