Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəm - Hakan Fidan

Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəm - Hakan Fidan

Bakı, TurkicWorld:

Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəm, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin yeni Xarici İşlər naziri Hakan Fidan deyib.

"Dövlətimizin və millətimizin bütövlüyü üçün hər cür dəstəyi göstərəcəyik. Türkiyənin Milli Kəşfiyyat Təşkilatında (MİT) 13 il xidmət göstərdikdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğum üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, 3 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Məlumat üçün bildirək ki, bundan öncə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu idi.

Ləman Əsədli
Lamanasadli01