İsveçdəki terrorçu PKK/YPG tərəfdarları yeni təxribatla Türkiyə prezidentini hədəf alıblar

İsveçdəki terrorçu PKK/YPG tərəfdarları yeni təxribatla Türkiyə prezidentini hədəf alıblar

Bakı. TurkicWorld:

İsveçdəki terrorçu PKK/YPG tərəfdarları yeni təxribatla Türkiyə prezidentini hədəf alıblar.

TurkicWorld-un məlumatına görə Paytaxt Stokholmda Norra Bantorget meydanına toplaşan PKK/YPG tərəfdarları iyunun 1-dən qüvvəyə minən yeni antiterror qanununun ləğv edilməsini tələb ediblər.

Etirazda 1000-ə yaxın insan iştirak edib və polis onların maneəsiz davam etməsini təmin etmək üçün yürüş marşrutu boyunca yolları müvəqqəti bağlayıb.

Qeyd edək ki, İsveç ötən ilin noyabrında Ankaranın Stokholmun NATO-ya üzv olmaq istəyini təsdiqləyəcəyinə ümid edərək antiterror qanunu qəbul edib.

Məlumat üçün bildirək ki, Türkiyəyə qarşı 35 ildən çox davam edən terror kompaniyasında Türkiyə, ABŞ və AB tərəfindən terror təşkilatları siyahısına salınan PKK qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə səbəb olub.

YPG isə terror qruplaşmasının Suriya qoludur.