Bakı TurkicWorld
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən və mayın 10-da aparılan təmir işlərindən sonra istehsala başlayan Afşin-Elbistan B İstilik Elektrik Stansiyasında baş verən yanğına havadan və qurudan müdaxilə edilir.
TurkicWorld xəbər verir ki, hadisə yerinə 3 yanğınsöndürmə helikopteri göndərilib.
Qeyd edək ki, Kahramanmaraşda 20 ildən çoxdur ki, elektrik enerjisi istehsal edən, hər biri 360 meqavat quraşdırılmış 4 aqreqatdan ibarət Afşin-Elbistan B İstilik Elektrik
Stansiyasının Baca Qazlarının Təmizləmə Sisteminin (FGD) texniki xidməti və təmiri zamanı yanğın baş verib.
Yanğının havadan və qurudan istiqamətində işlər davam etdirilir.
Mehriban Xəlilli