Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçiləcəyi tarix açıqlanıb

Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçiləcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədrin seçiləcəyi tarix məlum olub.

TurkicWorld xəbər verir ki, TBMM-yə yeni sədr seçimi 7 iyun saat 16:00-da keçiriləcək.

Bunu TBMM-nin müvəqqəti sədri, MHP lideri Devlet Bahçeli bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra açıqlayıb.

Qeyd edək ki, bu gün TBMM-in Baş Assambleyası Ərdoğanın andiçmə mərasimi üçün toplanıb.