Daha beş PKK terror təşkilatı üzvü təslim oldu – Türkiyə DİN

Daha beş PKK terror təşkilatı üzvü təslim oldu – Türkiyə DİN

Bakı. TurkicWorld:

Daha beş PKK terror təşkilatı üzvü təslim oldu.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama verib.

"Terror təşkilatı PKK-nın dağılma prosesi davam edir, daha 5 təşkilat üzvü razılaşdırılaraq təslim olub". – deyə açıqlamada qeyd olunub.

Təslim olan təşkilat üzvlərinin 2002-2014-cü illər arasında terror təşkilatına qoşularaq Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, davam edən inandırma işləri nəticəsində 2023-cü ildə təslim olan təşkilat üzvlərinin sayı 48-ə yüksəlib.