Müxalifətə dəstək verən terrorçular uduzdu - İbrahim Kalın

Müxalifətə dəstək verən terrorçular uduzdu - İbrahim Kalın

Bakı, TurkicWorld:

Türkiyədə 28 may tarixində keçirilən prezident seçkilərinin ikinci turunda müxalifət Millət İttifaqının rəhbərləri və onlara dəstək verən PKK, FETÖ terror təşkilatları uduzdu, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

Kalın onu da qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 52,16 % səs toplayaraq həm də öz rekordunu təzələyib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01