
Bakı. TurkicWorld:
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.
TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə XİN tvitterdə paylaşım edib.
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Azərbaycanlı qardaşlarımızın qürur və coşğusunu ürəkdən paylaşırıq!" –deyə paylaşımda bildirilir.