Son dəqiqə

Türkiyə İstanbul Türk Dövlətləri Təşkilatı Nərminə Mustafayeva 28 May- Müstəqillik Günü

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü İstanbulda qeyd olunub

Bakı, TurkicWorld:

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü Türkiyənin İstanbul şəhərində qeyd olunub.

TurkicWorld bu barədə DHA-ya istinadən xəbər verir.

Məlumata əsasən, tədbirdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömuraliyev, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul valisi Ali Yerlikaya, baş konsulluqlar, səfirliklər və bələdiyyələrdən nümayəndələr, millət vəkilləri, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları iştirak edib.

Tədbirdə çıxış edən N.Mustafayeva bildirib ki, 105 il əvvəl şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulması qürurvericidir.

"İlk müstəqilliyimiz çox da uzun sürmədi, 23 ay yaşadı, amma belə qısa bir müddətdə nazirliklərin, milli ordunun, universitetlərin yaradılması kimi bir çox əhəmiyyətli işlər görüldü. Bugünkü güclü, müstəqil, azad Azərbaycan həmin xalq cümhuriyyətinin varisidir", - deyə o qeyd edib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər