Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı

Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı

Bakı. TurkicWorld:

ABŞ-ın Nyu-York şəhərində yerləşən "Türk Evi"nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Saxlanılan şəxs barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, daha öncə hücumu Türkiyədən ABŞ-a köçmüş türkiyəlinin həyata keçirdiyi açıqlanmışdı.

Xatırladaq ki, Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkiləri üçün səs verdiyi "Türk Evi"nə mayın 22-də hücum edilib. Hücum zamanı inzibati binanın pəncərələri sındırılıb.