Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət dəyərləndiririk - Mövlud Çavuşoğlu

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət dəyərləndiririk - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Ermənistanın son günlər atdığı addımları qiymətləndiririk.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

"CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi yeni layihədə "Türk yolu" Azərbaycandan keçmir. Azərbaycanla dərdiniz nədir? Bunu sizdən Ermənistanmı, yoxsa başqasımı istəyir? İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək. Ermənistanın son günlər atdığı addımları qiymətləndiririk. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və biz bunu müsbət dəyərləndiririk. Azərbaycan əhatəli bir sülh müqaviləsi təklif edib. Ermənistan buna da "hə" desə, iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Biz də Türkiyə olaraq müsbət addımlar atarıq", - deyə M.Çavuşoğlu əlavə edib.