ASELSAN beynəlxalq şirkətlərlə dəyəri 9 milyon dollar olan razılaşma imzalayıb

ASELSAN beynəlxalq şirkətlərlə dəyəri 9 milyon dollar olan razılaşma imzalayıb

Bakı. TurkicWorld:

Türkiyənin məhşur müdəfiə sənayesi şirkəti ASELSAN 9 milyon 456 min 866 dollar dəyərində razılaşma imzalayıb.

TurkicWorld-un məlumatına görə, razılaşmaya əsasən şirkət beynəlxalq müştərilərinə müdafiə sistemləri ixrac edəcək.

Məlumat üçün qeyd edək ki, ASELSAN hazırda ümumilikdə 81 ölkəyə silah ixrac edir.

Qeyd edək ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edir.