Türkiyədə 2022-ci ildə baş verən avtomobil qəzalarının ümumi sayı 1 milyonu keçib

Türkiyədə 2022-ci ildə baş verən avtomobil qəzalarının ümumi sayı 1 milyonu keçib

Bakı, TurkicWorld:

Türkiyədə 2022-ci ildə baş verən avtomobil qəzalarının ümumi sayı 1 milyon 232 min 957 olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda o da qeyd edilib ki, qəzaların 82,5 faizi avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə, 17,5 faizi isə qeydiyyatda olduğu ərazidən kənarda baş verib.

Bundan əlavə, 2022-ci ildə Türkiyədə avtomobil qəzalarında, ümumilikdə, 288 min 696 nəfər yaralanıb, 5 min 229 nəfər vəfat edib.

"Hesabat dövründə avtomobil qəzaları nəticəsində dünyasını dəyişənlərin 44,9 faizini sürücü, 31,8 faizini sərnişin, 23,3 faizini isə piyadalar təşkil edib", - deyə idarədən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində ölənlərin 76,7 faizini kişilər, 23,3 faizini qadınlar, xəsarət alanların 69,4 faizini kişilər, 30,6 faizini isə qadınlar təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01