Belçikada Ərdoğana səs verənlərin vətəndaşlıqlarının əlindən alınması yolverilməzdir - İbrahim Kalın

Belçikada Ərdoğana səs verənlərin vətəndaşlıqlarının əlindən alınması yolverilməzdir - İbrahim Kalın

Bakı. TurkicWorld:

Belçikada Ərdoğana səs verənlərin vətəndaşlıqlarının əlindən alınması yolverilməzdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın öz rəsmi twitter hesabında paylaşım edib.

"Prezidentimizə səs verdiklərinə görə, xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının əlindən alınmasını təklif edəcək qədər özlərini itiriblər. Bu məsələyə ən yaxşı cavabı xaricdə yaşayan vətəndaşlarımız verəcək”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.