Son dəqiqə

Türkiyə BMT Çanakkale 1915

Çanaqqala 1915 körpüsü BMT tərəfindən birinci yerə layiq görülüb

Bakı, TurkicWorld:

Türkiyənin "Çanaqqala 1915 körpü və avtomobil yolu" layihəsi Yunanıstanda Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən təşkil edilən Dövlət-Özəl Sektor Əməkdaşlıq və İnfrastruktur Mükafatları çərçivəsində birinci yerə layiq görülüb.

TurkicWorld xəbər verir ki, 70 beynəlxalq layihədən 48-i qiymətləndirildiyi müsabiqədə "Çanaqqala 1915 körpü və avtomobil yolu" layihəsi beş finalçıdan biri olub.

Məlumata əsasən, forum nümayəndələrinin səsləri ilə qalibin müəyyən edildiyi müsabiqədə birinci olan layihənin mükafatı BMT-nin Avropa İqtisadi Komissiyasının Dövlət-Özəl Tərəfdaşlıq Departamentinin rəhbəri Tony Bonnici və həmin komissiyanın İşçi Qrupunun rəhbəri George Katapodis tərəfindən körpünün maliyyə direktorunun müavini Murat Sarıkayay təqdim edilib.

Qeyd edək ki, "Çanaqqala 1915 körpü və avtomobil yolu" layihəsi 2020-ci ildə dünya miqyasında ən yaxşı ekoloji təcrübələri təbliğ və təşviq etmək məqsədi daşıyan "The Green Organisation" tərəfindən qızıl mükafata layiq görülüb. Layiihə indiyə qədər 12 maliyyə, iki ətraf mühit və sosial, dörd məşğulluq və üç mühəndislik mükafatı qazanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər