Bakı. TurkicWorld:
TCG ANADOLU Dəniz Qurdu Təlimində iştirak etmək üçün bu gün İzmirdən ayrılıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada bildirilib.
"İstanbul və İzmirdə xalqımızın ziyarətinə açılan və böyük maraqla qarşılanan TCG ANADOLU Dəniz Qurdu Təlimində iştirak etmək üçün İzmirdən ayrılır.” – deyə bəyanatda qeyd olunub.
Dəniz Qurdu Təlimləri 1-4 İyun 2023 və 6-12 İyun 2023 tarixləri arasında həyata keçirilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, təlimdə Türkiyə Dəniz Qüvvələri Komandanlığından TCG ANADOLU da daxil olmaqla 107 suüstü gəmi, 9 sualtı qayıq, 56 hava-desant bölməsi, amfibiya dəniz piyada birlikləri, SAT-SAS komandaları və sahil bölmələri iştirak edəcək.
Digər tərəfdən, Türkiyə Quru Qoşunları Komandanlığından hücum, ümumi təyinatlı və ağır yük vertolyotları; Təlimdə Hərbi Hava Qüvvələri Komandanlığından hücum, ümumi təyinatlı, xəbərdarlıq və nəzarət, hədəf yedəkləmə və elektron sınaq təyyarələri də iştirak edəcək.
Qeyd edək ki, Dəniz Qurdu Təliminin cəmi: 113 suüstü gəmi, 9 sualtı qayıq, 59 təyyarə, 35 helikopter, 19 pilotsuz uçuş aparatı və dövlət qurumları da daxil olmaqla təxminən 18 min personalın cəlb edilməsi planlaşdırılır.