Qırğızıstan parlamentinin sözçüsü Ankarada TürkPA-nın iclasında iştirak edəcək

Qırğızıstan parlamentinin sözçüsü Ankarada TürkPA-nın iclasında iştirak edəcək

Bakı, TurkicWorld:

Qırğız Respublikası parlamentinin sözçüsü Nurlanbek Şakievin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Türkiyədə səfərdədir.

TurkicWorld xəbər verir ki, Nurlanbek Şakiyev işgüzar səfəri çərçivəsində Ankarada keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) iclaslarında iştirak edəcək.

Nümayəndə heyətinə Qırğızıstan millət vəkilləri Çolpon Sultanbekova, Ulan Bakasov və Aybek Osmonov daxildir.