Türkmənistan-Türkiyə əlaqələrindəki inkişaf artmağa davam edir - Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan-Türkiyə əlaqələrindəki inkişaf artmağa davam edir - Qurbanqulu Berdiməhəmmədov

Bakı. TurkicWorld:

Türkmənistan-Türkiyə əlaqələrindəki inkişaf artmağa davam edir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkmən xalqının Xalq İşləri İdarəsinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Palatalar və Birjalar Birliyinin(TOBB) sədri Rifat Hisarcıklıoğlu ilə görüşü zamanı deyib.

Görüş zamanı, iki ölkə arasında ticarət həcminin artırılması və bu istiqamətdə əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Çox yaxında Türkiyədə Prezident seçkilərinin olacağını deyən Xalq İşləri Başçısı Qurbanqulu Berdiməhəmmədov, Rəcəb Tayyib Ərdoğana bu kampaniyada uğurlar arzulayıb.

Xalq Məsləhətinin sədri iki ölkənin səyləri nəticəsində yeni vüsət alan Türkmənistan-Türkiyə dialoqunun siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə sabit inkişafının səmərəliliyini qeyd edib.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, qida və tekstil, yüksək texnologiyalar və ekologiya sahələrində birgə layihələrin həyata keçirilə biləcəyi bildirilib. Eyni zamanda, qida və əczaçılıq sənayesi sahəsində birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, görüş zamanı torpaq və su ehtiyatlarından səmərəli istifadəyə dair fikir mübadiləsi aparılıb, Türkmənistanda sutəmizləyici qurğuların tikintisi və mütərəqqi suvarma üsullarından istifadə məsələləri müzakirə olunub. Bu çərçivədə Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə birlikdə su təchizatı sisteminin çəkilməsi və bu məqsədlər üçün lazımi məhsulların tədarükü ilə bağlı araşdırmaların aparıla biləcəyi bildirilib.

Rifat Hisarcıklıoğlu Türkiyənin müasir keyfiyyət və ətraf mühit standartlarına cavab verən su təchizatı sistemləri üçün boru istehsalının olduğunu və Türkmənistan iqliminə də uyğun olduğunu bildirib.

Həmçinin elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın hazırda uğurla inkişaf etdiyi vurğulanıb. Bu çərçivədə Rifat Hisarcıklıoğlu Türkiyənin təhsil müəssisələrində təhsil almaq istəyən türkmən gənclərinin çoxluğuna diqqət çəkib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur. Hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalı da artıb.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 34,7 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 14,96 milyon türk lirəsi təşkil edib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (99) qeydiyyata alınıb.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 62 topdan və pərakəndə ticarət, 12 kargo şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.