Mövlud Çavuşoğlu finlandiyalı həmkarını təbrik edib

Mövlud Çavuşoğlu finlandiyalı həmkarını təbrik edib

Bakı. TurkicWorld.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Haavistonu, ölkəsinin NATO-ya üzvlük prosesini başa vurması münasibətilə təbrik edib.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, öz rəsmi twitter hesabında paylaşım edib.

“Brüsseldəki ilk görüşümüzdə yeni müttəfiqimiz Finlandiyanın xarici işlər naziri Haavistonu NATO-ya üzvlük prosesinin başa çatması münasibətilə təbrik etdik”, - deyə nazir paylaşımda bildirib.

Məlumat üçün qeyd edək ki, martın 17-də Finlandiya prezidenti Sauli Niinisto Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi barədə müzakirələr aparıb.

Bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.