“Qırğızaltun” Özbəkistanın mədən və əritmə zavodu ilə əməkdaşlıq edəcək

“Qırğızaltun” Özbəkistanın mədən və əritmə zavodu ilə əməkdaşlıq edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan və Özbəkistan Nəvai Mədən-Metallurgiya Kombinatı əməkdaşlıq planlarını müzakirə ediblər.

TurkicWorld-un məlumatına görə, dünən Bişkekdə Özbəkistandan olan nümayəndə heyəti ilə görüş keçirilib. Tərəflər Qırğızıstan ərazisində yataqların birgə işlənməsi imkanlarını müzakirə ediblər.

Müzakirələr zamanı həmçinin tullantıların emalı texnologiyasının birgə tətbiqi və poliqonların yığılıb yuyulması texnologiyasının işlənib hazırlanması məsələləri də diqqət mərkəzində olub.

Məlumat üçün bildirək ki, “Nəvai Mədən-Metallurgiya Kombinatı” Səhmdar Cəmiyyəti dünyanın ən böyük on qızıl hasil edən şirkətindən biridir. Obyekt ehtiyatların geoloji kəşfiyyatı, filiz hasilatı və emalından tutmuş son məhsulların əldə edilməsinə qədər bütün istehsal tsiklini mənimsəmiş sənaye klasteridir. Zavod ən müasir mədən-nəqliyyat və texnoloji avadanlıqlarla, qabaqcıl texnologiyalarla təchiz olunmuş mədən və fabriklərə malik müasir müəssisədir.