Son dəqiqə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Dağılan bütün infrastruktur yenidən inşa edilənə qədər zəlzələnin yaşandığı bölgəni tərk etməyəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Dağılan bütün infrastruktur yenidən inşa edilənə qədər zəlzələnin yaşandığı bölgəni tərk etməyəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 23-də Kahramanmaraşda, 24-də isə Hatayda baş verən zəlzələ nəticəsində dağılmış binaların və yeni dövlət xəstəxanalarının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

"Zəlzələdən təxminən bir ay yarım sonra axtarış-xilasetmə işləri sona çatıb. Dağıntıların aradan qaldırılması ilə əlaqədar görülən işlər sürətlə davam edir. Müvəqqəti sığınacaqların sayı artırılıb və daimi yaşayış məntəqələri inşa edilib",- deyə Ərdoğan bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.

Mövzuya görə xəbərlər