Bu həftədən etibarən zəlzələ bölgələrində tikinti işlərinə başlanılacaq - Adil Karaismailoğlu

Bu həftədən etibarən zəlzələ bölgələrində tikinti işlərinə başlanılacaq - Adil Karaismailoğlu

Bakı, TurkicWorld:

Bu həftədən etibarən zəlzələ bölgələrində tikinti işlərinə başlanılacaq. TurkicWorld-un məlumatına görə bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib.

"Zəlzələ bölgəsində çox gərgin mübarizə gedir. Daimi yaşayış yerlərimiz üçün planlar qurulub. İnşallah qısa zamanda soydaşlarımızı yenidən yaşayış yerlərinə qaytaracağıq",- deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 89 nəfərə çatıb.

Twitter: @a_alieva_