Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 6 silahlısını zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında "Fərat qalxanı" və "Sülh çeşməsi" antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.

"Türkiyə ordusu bölgədə yeganə hədəfi qan tökmək olan "PKK/YPG" terrorçularına qarşı qətiyyətli mübarizəsini davam etdirir. İki əməliyyat zonasına hücum təşkil edən 6 silahlı zərərsizləşdirilib. Terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılan addımlar dayanmayacaq", - deyə qeyd olunub.