Türkiyə Süleyman Soylu Diyarbakır

Diyarbakırda polis maşını partladılıb

Bakı, Dekabr 16. /TurkicWorld/

Türkiyənin Diyarbakır Mardin yolu üzərində saxlanılmış bomba yüklü avtomobil yanından çevik polis maşını keçərkən partladılıb. TurkicWorld-un məlumatına görə, hadisə nəticəsində 8 polis əməkdaşının yaralanıb.

Qeyd edək ki, hadisə yerinə çoxlu sayda xilasetmə işçiləri cəlb olunub.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun öz sosial media hesabından verdiyi açıqlamaya görə, partlayış gecə saat 05.10 radələrində baş verib.

“Ehtiyat tədbiri olaraq yaralananlar xəstəxanaya aparılaraq müayinə ediliblər. Hazırda 8 polisdən 7-si təxris edilib.” – Soylu qeyd edib.

O qeyd edib ki, hadisəni törətdiyi hesab edilən iki nəfər zərərsizləşdirilib.

Mövzuya görə xəbərlər