Qazaxıstan Prezidenti Fransaya rəsmi səfərə gedib

Qazaxıstan Prezidenti Fransaya rəsmi səfərə gedib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fransaya rəsmi səfərə gedib.

TurkicWorld xəbər verir ki, Qazaxıstan Prezidenti Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlar aparmağı planlaşdırır.

Danışıqlar zamanı tərəflərin ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bundan əlavə, Qazaxıstan Prezidenti Fransanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.