Son dəqiqə

Özbəkistan Qırğızıstan Türk dövlətləri ikitərəfli əməkdaşlıq İqtisadi əlaqələr Tikinti layihələri

Daşkənddə Qırğızıstan–Özbəkistan tikinti dialoqu

BAKI, TurkicWorld

Qırğızıstan və Özbəkistan tikinti və mənzil-kommunal təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın tikinti və arxitektura üzrə naziri Nurdan Oruntaev ilə Özbəkistanın tikinti naziri Şerzod Xidoyatov arasında Daşkənddə keçirilən görüş zamanı razılıq əldə olunub.

örüş zamanı tərəflər tikinti islahatları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsallaşma və regionların kompleks inkişafı mövzularında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin təcrübə mübadiləsini davam etdirmək və iki ölkə arasında davamlı dialoqun qurulması istiqamətində qarşılıqlı razılığa gəliblər.

Görüş ölkələr arasında strateji əməkdaşlığın daha da dərinləşməsi və tikinti sahəsində modern texnologiyaların tətbiqi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər