Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası hava şəraiti

Qar səbəbindən KKTC-İstanbul uçuşları təxirə salınıb

Bakı,TurkicWorld

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşadakı Ercan Hava Limanından İstanbula nəzərdə tutulan reyslər Türkiyədəki əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, KKTC Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, İstanbul və ətrafına yağan qar səbəbindən cümə günü bütün reyslər, şənbə və bazar günləri isə bəzi uçuşlar ləğv edilib.

Səlahiyyətlilər sərnişinlərə uçuşlarla bağlı hava yolları şirkətləri ilə əlaqə saxlamağı və yenilənmiş məlumatları izləməyi tövsiyə ediblər.k”

KKTC İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı açıqlamasında, təxirə salınan uçuşların İstanbulda güclü qar yağışı ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, sərnişinlərin zərər çəkməməsi üçün hava yolu şirkətləri ilə koordinasiyalı şəkildə çalışırlar.

Arıklı əlavə edib ki, Ercan hava limanından Türkiyənin İstanbuldan başqa digər şəhərlərinə uçuşlar problemsiz həyata keçirilir və havanın yaxşılaşması ilə İstanbula uçuşların da ən qısa zamanda normala dönəcəyini gözlədiklərini vurğulayıb.

Mövzuya görə xəbərlər