Son dəqiqə

Türk Dövlətləri Təşkilatı (TDT)

TDT ölkələrinin daxili işlər nazirlərinin növbəti iclası Azərbaycanda keçiriləcək

Bakı, TurkicWorld

Türk Dövlətləri Təşkilatı Daxili İşlər Nazirlərinin 2-ci iclası 2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin 1-ci toplantısında qərar qəbul edilib.

İclasda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili İşlər naziri Ulan Niiazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Pulat Bobojonov və Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömurəliyev iştirak ediblər.

İclasda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxili İşlər Nazirlərinin 1-ci Toplantısı müntəzəm olaraq fəaliyyət göstərəcək və Türk dövlətlərinin əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində daha bir addım olacaq yeni platformanın əsasını təşkil edir.

Nazirlər nazirliklərinin terrorizm, ekstremizm, narkotik və insan alveri, kibercinayətkarlıq kimi transmilli mütəşəkkil cinayətlərlə mübarizə sahəsində fəaliyyəti barədə məlumat veriblər. Onlar TDT çərçivəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

Nazirlər TDT Daxili İşlər Nazirlərinin 1-ciiclasının Bəyannaməsini imzalayıblar və TDT Daxili İşlər Nazirlərinin növbəti 2-ci iclasının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul ediblər.

Mövzuya görə xəbərlər