Son dəqiqə

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Türk Dövlətləri Təşkilatı (TDT)

ŞƏT və TDT ölkələrinin baş prokurorları Qırğızıstana gəliblər

Bakı,TurkicWorld

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin baş prokurorları Qırğızıstana gəliblər.

TurkicWorld xəbər verir ki, iyulun 25-də ŞƏT-ə üzv dövlətlərin prokurorlarının XXII iclası və TDT Prokurorlar Şurasının III iclası keçiriləcək.

Tədbirlərdə TDT-nin baş katibi Kubaniçbek Ömuraliev, Çinin Baş Prokuroru Ying Yong, Azərbaycanın baş prokuroru Kamran Əliyev, Türkiyənin baş prokuroru Mehmet Şentürk, Rusiyanın baş prokuroru İqor Krasnov, Qazaxıstanın baş prokuroru Berik Asilov və Belarusun baş prokuroru Andrey Şved iştirak edəcəklər.

Bu tədbirlər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Mövzuya görə xəbərlər