Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli 15 Temmuz (İyul) Demokratiya və Milli Birlik Zəfərinin 8-ci il dönümü və şəhidləri anma tədbirində iştirak edib.
TurkicWorld xəbər verir ki, bu haqda Rəşad Cabirli öz sosial media hesabından paylaşım edib.
Azərbaycan Dövlət İqtisad Universiteti, TÜDİFAK Türk Dünyası İqtisad Fakültəsində təşkil olunan tədbirdə T.C. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak etmişdir.
Şimali Kipr Türk Respublikasının KKTC təmsilçisi xanım Ufuk Turganer və digər qonaqların da qatıldığı tədbirdə 15 İyul 2016-cı ildə FETO tərəfindən təşkil olunmuş xain çevriliş cəhdləri ilə bağlı önəmli məlumatlar paylaşılmış, mövzu ətrafında müzakirə aparılmışdır.
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də Türkiydə dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.