Son dəqiqə

Qırğızıstan Çingiz Aytmatov

Bu gün Türk dünyasının səsi Cingiz Aytmatovun vəfat ildönümüdür

Bakı, TurkicWorld:

Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Aytmatovun vəfatının 16-cı ildönümüdür.

TurkicWorld xəbər verir ki, Fransız yazıçı/şair Lui Araqonun “dünyanın ən gözəl sevgi hekayəsi” adlandırdığı “Cəmilə” əsərini qələmə alan, romanları ilə qırğız xalqının səsini türk dünyasında çatdıran Cingiz Aytmatovun vəfatından 16 il ötür.

Qeyd edək ki, uşaq yaşlarında Çingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olub. O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız nağıl və əfsanələrini dinləmiş, nəticədə bunlar onun milli ruhda formalaşmasına böyük təsir göstərmişdir. Bu mənada Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyildir.

“Üz-üzə”, “Cəmilə”, “Dəvəgözü”, “İlk müəllim”, “Selvi Boylum yazaq”, “Torpaq ana”, “Ağ gəmi”, “Qurd xəyalları”, “Əlvida Gülsarı”, “Qırmızı alma” kimi əsərlərin müəllifi olan Cingiz Aytmatov əsərlərini yazarkən iki dildən istifadə edirdi. Əvvəlcə o, əsərlərini qırğız dilində yazıb rus dilinə tərcümə etsə də, sonralar rus dilində yazıb qırğız dilinə tərcümə etməyə başlayıb.

Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas vadisinin Şeker kəndində anadan olub. Dörd uşaqlı bir ailənin ilk övladıdır. Dövlət xadimi olan atası Törəkul Aytmatovun vəzifəsinə görə təhsil illərini Moskvada keçirən Cingiz atası rejim tərəfindən ittiham olunduğu üçün təhsilini yarımçıq qoymalı olub. Aytmatovun atası sırf qırğız türkcəsini müdafiə etdiyi üçün 1937-ci ildə Rusiya lideri Stalin tərəfindən “xalq düşməni” elan edilib. Bu səbəbdən Törekul Aytmatov evindən və ailəsindən ayrılaraq güllələnərək öldürülüb. Aytmatovlar ailəsi atalarının ölümündən təxminən 20 il sonra xəbər tutub. Atasının ölümündən sonra Cingiz ailəsi ilə birgə Moskvadan Şəkər kəndinə köçüb. Daha sonra onlar 1938-ci ildə Kirovskoyeyə köçüb və cingiz təhsilini burada davam etdirib. O,1946-cı ildə Baytarlıq Texnikumuna daxil olub. Burada müəllimlərinin təsiri ilə rus klassiklərini oxumağa başlayıb. Şeir yazsa da, müəllim məsləhəti ilə hekayələrə üz tutub, yazı və tərcümə işləri ilə məşğul olub.

Aytmatovun zəngin yaradıcılıq irsi yüksək qiymətləndirilərək üç dəfə Dövlət mükafatına və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ç.Aytmatov həm də geniş ictimai-siyasi fəaliyyəti ilə tanınan şəxsiyyətlərdən biridir. O, dəfələrlə SSRİ və Qırğızıstan Ali Sovetinin deputatı seçilib, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbəri olub. O, 1990-1994-cü illərdə Benilüks ölkələrində səfir işləyib. Ç.Aytmatov Belçika, NATO və Avropa İttifaqında Qırğızıstanın səlahiyyətli səfiri vəzifələrində ölkəsinin ləyaqətli təmsilçisi olub. O, Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə 25 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

Cingiz Aytmatov 2008-ci il mayın 16-da “Əsrlərə bərabər gün” romanının çəkilişləri üçün Tatarıstanın paytaxtı Kazana gedərkən xəstələnib. O böyrək çatışmazlığı diaqnozu ilə Almanyaya aparılıb və 2008-ci il iyunun 10-da dünyasını dəyişib. Ailəli və 4 uşaq atası olan yazıçı 1937-ci ildə Bişkekdəki Ata-Beyitdə atasının yanında dəfn edilib.

Mövzuya görə xəbərlər