Son dəqiqə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ersin Tatar Şimali Kipr Türk Respublikası

Şimali Kiprə verdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm - Ersin Tatar

Bakı. TurkicWorld:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Liderlər Zirvə Toplantısındakı çıxışında Şimali Kiprə verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm.

TurkicWorld-un məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib.

KKTC-nin haqsız embarqolara qarşı tək qalmaması lazım olduğunu vurğuladığına və hər zaman olduğu kimi Kipr Türklərini dəstəklədiyinə görə hörmətli prezident Ərdoğana zirvədəki çıxışına və bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm",- deyə Ersin Tatar bildirib.

Qeyd edək ki, noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçirilib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər