Son dəqiqə

Özbəkistan Qırğızıstan Sadır Japarov Şavkat Mirziyoyev

Özbəkistan və Qırğızıstan prezidentləri regional layihələrin daha da təşviq edilməsinin vacibliyini vurğulayıblar

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün ölkədə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Özbəkistan və Qırğızıstan arasında dostluq, mehriban qonşuluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirilib.

Özbəkistan və Qırğızıstan liderləri yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət başçıları Mərkəzi Asiya regionunda ən qısa zamanda iri infrastruktur layihələrinin həyata keçirilməsinə başlamaq məsələlərinə xüsusi diqqət yetiriblər.

Xatırladaq ki, noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçirilir.

Mövzuya görə xəbərlər