TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri Şuşada toplanıb

TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri Şuşada toplanıb

Bakı. TurkicWorld:

Şuşa şəhərində “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin teatr rəhbərlərinin 9-cu toplantısı” keçirilib.

TurkicWorld-un məlumatına görə, TÜRKSOY-un yaydığı bəyanatda bildirilib ki, toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, KKTC və Moldova dövlət teatrlarının rəhbərləri iştirak ediblər.

İclasda TÜRKSOY-a üzv ölkələrdə teatr sahəsində həyata keçirilən tədbirlər, qarşıya çıxan problemlər və onların həlli yolları, teatrlar arasında əməkdaşlıq məsələləri, qardaş ölkə yazıçılarının əsərlərinin üzv ölkələrin teatr repertuarlarına salınması, qarşılıqlı rejissorların və səhnə rəssamlarının dəvətləri müzakirə olunub.

İclas Yekun Bəyannamənin imzalanması ilə başa çatdıqdan sonra iştirakçılar Şuşanın tarixi-mədəni yerlərinə səfər ediblər.

Aytac Süleymanova