Son dəqiqə

Türkiyə Hakan Fidan

Türk Dünyasının ortaq TURAN fondu yaradılacaq

Bakı. TurkicWorld:

Türk Dünyasının ortaq "TURAN" fondu yaradılacaq

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlamasında bildirib.

"Türk Dünyası olaraq sərmayələrimiz üçün ortaq fond yaradacaq və TURAN adlı xüsusi iqtisadi zona açacağıq" - deyə Fidan qeyd edib.

Xatırladaq ki, bu il mayın 30-da Azərbaycan razılığını bildirdikdən sonra Türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu "Türk İnvestisiya Fondu"-nun yaradılması üzv dövlətlər və Türk Dövlətləri Təşkilatı rəhbərliyi tərəfindən təsdiqlənib.

Mövzuya görə xəbərlər