Son dəqiqə

Qırğızıstan Çingiz Aytmatov

Türkiyədə Aytmatova həsr olunmuş tədbir keçirilib

Bakı. TurkicWorld:

Türkiyədə qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş tədbir keçirilib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Bayburt Anadolu məktəbinin şagirdlərinin iştirakı ilə qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığı mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Bayburt Maarif Şöbəsinin müdiri Rəhmi Güney, bütün tədbir iştirakçılarına təşəkkür edib.

Rəhmi Güney bildirib ki, gənclərin mühüm şəxsiyyətləri və əsərləri tanıması üçün həyata keçirilən belə tədbirlər növbəti illərdə də davam etdiriləcək.

Tədbirdə iştirak edən şagird və tələbələr oxuduqları əsərlər əsasında o, Çingiz Aytmatovun insan, həyat, dünya haqqında fikirlərini təhlil ediblər.

Mövzuya görə xəbərlər