“Avropa İttifaqı – Mərkəzi Asiya” ikinci sammiti keçiriləcək

“Avropa İttifaqı – Mərkəzi Asiya” ikinci sammiti keçiriləcək

Bakı. TurkicWorld:

İyunun 2-də Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə Qırğızıstanın Çolpon-Ata şəhərində “Avropa İttifaqı - Mərkəzi Asiya”nın İkinci Sammiti keçiriləcək.

TurkicWorld-un məlumatına görə, sammitdə Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Nazirlər Şurasının sədr müavini Nurmuhammet Amanepesov və Avropa Şurasının sədri Şarl Mişel iştirak edəcək.

Sammitdə siyasi, ticari, iqtisadi, mədəni-humanitar əməkdaşlıqla bağlı mövcud vəziyyət və gözləntilər müzakirə olunacaq. Beynəlxalq gündəm və Mərkəzi Asiya dövlətləri ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Sadır Japarov nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, iyunun 3-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qırğızıstana rəsmi səfəri baş tutacaq.

Xatırladaq ki, “Avropa İttifaqı-Mərkəzi Asiya”nın Birinci Sammiti ötən il Qazaxıstanda keçirilib.