Bakı, TurkicWorld:
Qazaxıstan, Türkiyə, Qırğızıstan və Monqolustandan olan 15 yeni qurulan IT şirkətlərinin təsisçiləri ABŞ-da yerləşən Silikon Vadisində 5 həftəlik akselerasiya proqramı keçəcəklər.
TurkicWorld xəbər verir ki, proqramda Qazaxıstanın Flowsell.me, Citix, Ozen, SpaceLab, Smartestprep, Beep, Beyne.ai, Connected Home Ltd, Med365, Big Dream Lab, Alaqan Technologies, Qırğızıstanın Smart Technologies, Türkiyənin Medixbot, Monqolustanın Fibo Cloud startapları iştirak edəcək.
Məlumata əsasən, təsisçilər proqramı tamamladıqdan sonra ABŞ da daxil olmaqla, qlobal bazarda layihələrini təqdim edə biləcəklər.
Ləman Əsədli