Azərbaycanda 1 milyon avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək

Azərbaycanda 1 milyon avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək

Bakı. TurkicWorld:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Avropa İttifaqı ilə birlikdə həyata keçirdiyi tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və bu istiqamətdə fəaliyyətləri əhatə edir.

TurkicWoorld-un məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, layihənin iki il müddətində - 2024-cü ilin oktyabr ayına qədər keçirilməsi nəzərdə tutulur.

"Layihənin büdcəsi 1 milyon avro nəzərdə tutulub. Layihə çərçivəsində Polşa və Litvadan 58 ekspertdən 38 müxtəlif missiyaların həyata keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi ölkəmizdə ölüm və ağır xəsarətlərlə o cümlədən ölkəmiz üçün zərərlə nəticlənən yol qəzası hadisələrinin qarşsının alınması bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi həmçinin yol təhlükəsizliyinin artırılmasında aktıv iştirak edən dövlət orqanlarının kadr potensialının artırılması nəzərdə tutulur", - deyə o əlavə edib.