Son dəqiqə

Türkiyə limanları Hopa limanı

Türkiyənin Hopa limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı, Dekabr 20. /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Artvin şəhərində yerləşən Hopa limanı 197 min 276 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Hopa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 8 min 320 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 188 min 956 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Hopa limanından 23 min 454 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər