Son dəqiqə

Türkiyə limanları Aliağa limanı

Türkiyənin Aliağa limanının qəbul etdiyi yüklərin həcmi 60 milyon tonu ötüb (ÖZƏL)

Bakı, Dekabr 14. /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İzmir şəhərində yerləşən Aliağa limanı 61 milyon 146 min 48 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 875 min 395 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 59 milyon 270 min 653 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Aliağa limanından 462 min 975 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər