Orta Dəhliz Çindən Avropaya yüklərin daşınmasında böyük rol oynayır - Harun Öncü

Orta Dəhliz Çindən Avropaya yüklərin daşınmasında böyük rol oynayır - Harun Öncü

Bakı. TurkicWorld:

Orta Dəhliz pandemiya və geosiyasi vəziyyət fonunda Çindən Avropaya Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun iştirakçı ölkələrinin ərazisi ilə yüklərin daşınmasında böyük rol oynayır.

TurkicWorld-un məlumatına görə, bunu bun gün “Albayrak Holdinq” şirkətlər qrupunun logistika direktoru Harun Öncü deyib.

Onun sözlərinə görə, geoiqtisadi dəyişikliklər və mövcud reallıqlar yeni, alternativ marşrutların yaradılmasını tələb edir.

"Albayrak"ın Bakı limanına investisiyaları limanın tranzit imkanlarının genişləndirilməsi baxımından vacibdir. Belə ki, "Albayrak" və Bakı limanının birgə işi gözləmə vaxtını azaldacaq, Orta Dəhlizin səmərəliliyini, gəmilərin sayını artıracaq", - deyə o bildirib.

H.Öncü vurğulayıb ki, "Albayrak" Bakı limanından iki layihənin icrasına 30 milyon dollar məbləğində investisiya qoyacaq.

"Mineral gübrə terminalının tikintisinə investisiyalar Azərbaycana bu növ yükün digər ölkələrə operativ daşınması tələbini ödəyəcək. Bu terminalın 2023-cü ilin birinci rübünün sonunadək işə salınması nəzərdə tutulur", - H.Öncü əlavə edib.