“Albayrak” Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoymaqda maraqlıdır - Ahmet Albayrak

“Albayrak” Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoymaqda maraqlıdır - Ahmet Albayrak

Bakı. TurkicWorld:

Türkiyənin “Albayrak” şirkətlər qrupu Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoymaqda maraqlıdır.

TurkicWorld-un məlumatına görə, şirkətlər qrupunun rəhbəri Ahmet Albayrak Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, "Albayrak Holding" Azərbaycandakı, o cümlədən azad edilmiş ərazilərdə layihələrə investisiyaların artırılmasında maraqlıdır.

"Biz Qarabağın bərpasının sürətlənməsində maraqlıyıq", - deyə o bildirib.