Türkiyə şirkəti Bakı limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir (FOTO)

Türkiyə şirkəti Bakı limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir (FOTO)

Türkiyənin “Albayrak Holdinq” şirkəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bunu şirkətin rəhbəri Əhməd Albayrak limanın baş direktoru Taleh Ziyadovla görüşü zamanı deyib.

O bildirib ki, Bakı Limanının yerləşmə mövqeyi, texniki imkanları və əldə etdiyi nailiyyətləri gələcək əməkdaşlıq üçün müsbət zəmin formalaşdırır.

T.Ziyadov öz növbəsində bildirib ki, Bakı Limanında 2022-ci ilin sonuna kimi gübrə terminalının da istismara verilməsi planlaşdırılır: "İllik yükaşırma gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Mərkəzi Asiyadan qərb ölkələrinə ixrac edilən böyük həcmdə gübrənin məhz Azərbaycandan tranzit keçməklə daşınması təmin ediləcək".