Türkiyənin Albayrak Qrupu Konteyner şəhərlərinin qurulması istiqamətində işlərə başlayıb

Türkiyənin Albayrak Qrupu Konteyner şəhərlərinin qurulması istiqamətində işlərə başlayıb

Bakı.TurkicWorld:

Fevral ayının 6-da Türkiyənin 11 vilayətində böyük dağıntılara səbəb olan şiddətli zəlzələdən sonra Albayrak Qrupu Hatay və Qaziantepdə konteyner şəhərlərinin qurulması istiqamətində işlərə başlayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin zəlzələ bölgəsində tikilən konteyner evlərindən 27-si Albayrak Qrupu əməkdaşları tərəfindən toplanan ianələr hesabına təmin edilib.

Qeyd edək ki, İndiyə qədər cəmi 150 milyon TL yardım dəstəyi verən Albayrak qrup zəlzələdən zərər çəkən bölgələrə dəstəyini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 089 nəfərə çatıb.