Son dəqiqə

Türkiyə limanları Səudiyyə Ərəbistanı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar ayında Səudiyyədən Türk limanlarına 167 min 840 ton yük daşınıb.

Bu barədə TurkicWorld - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Səudiyyədən Türkiyə limanlarına 30 min 857 ton yük daşınıb.

“Bu ilin yanvar ayında Səudiyyədən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 126 min 712 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Səudiyyədən Türkiyəyə Səudiyyə bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

2026-cı ilin yanvar ayında Səudiyyədən Türkiyə limanlarına 10 min 271 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 401 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 642 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 324 min 93 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 186 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 857 min 573 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər