"Aeroflot" İstanbul və Antalyaya uçuşların sayını artıracaq

"Aeroflot" İstanbul və Antalyaya uçuşların sayını artıracaq

Bakı. TurkicWorld:

Rusiyanın "Aeroflot" aviaşirkəti mayın 27-dən Türkiyənin İstanbul və Antalya şəhərlərinə uçuşların sayını artıracaq.

TurkicWorld-un məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

"Aeroflot" mayın 27-dən etibarən İstanbul və Antalyaya uçuşların sayını gündə üç reysə çatdıracaq. Uçuşlar "Airbus A330" geniş gövdəli təyyarələrində həyata keçiriləcək", - deyə qeyd olunub.